Ağdamda minaya düşən şəxsin vəziyyəti sabitdir

Ağdamda minaya düşən şəxsin vəziyyəti sabitdir

21 Sentyabr 2021 06:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunda yol tikintisi zamanı minaya düşərək yaralanan ekskavatorçu Ağayev Zəfər Yunis oğlunun vəziyyəti sabitdir.

Bu barədə Oxuməni.az-a Bərdə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralının üz nayihəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var. O, partlayış zamanı ekskavatorun kabinəsində olduğundan ağır xəsarətlər almayıb.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində baş verib. Ekskavator tank əleyhinə minaya düşüb. Nəticədə Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.