Əli Əkbər Ocaqnejatın İranyönümlü "Hüseyniyyun" qurumu təhlükə mənbəyidir?

Əli Əkbər Ocaqnejatın İranyönümlü "Hüseyniyyun" qurumu təhlükə mənbəyidir?

7 Oktyabr 2021 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ocaqnejat Azərbaycandan qaçsa da onun burada qurduğu İranın 5-ci təxribatçı "Hüseyniyyun" kolonu fəaliyyətini davam etdirməkdədir. "Hüseyniyyun" üzvlərinin İrandan aldıqları göstərişlər əsasında ölkəmizə qarşı müxtəlif təxribatlara baş vuracaqları, məzhəb savaşını körükləyə biləcəkləri ehtimal edilir.

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat həbs olunacağından qorxaraq Azərbaycandan qaçıb.

Oxuməni.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib.

Qeyd olunub ki, Ocaqnejat hazırda Tehrandadır.

Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir. Ocaqnejat Azərbaycandan qaçsa da onun burada qurduğu İranın 5-ci təxribatçı "Hüseyniyyun" kolonu fəaliyyətini davam etdirməkdədir. Onlardan gələn təhlükənin qarşısını alınması olduqca vacibdir. Əks halda "Hüseyniyyun" üzvlərinin İrandan aldıqları göstərişlər əsasında müxtəlif təxribatlara baş vuracaqları, məzhəb savaşını körükləyə biləcəkləri ehtimal edilir...