MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölənlər və yaralananlar var

MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölənlər və yaralananlar var

15 Oktyabr 2021 00:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə Oxuməni.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var".
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Qondarma rejimin oyuncaq "müdafiə nazirliyi" də bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, atəşi Azərbaycan tərəfi açıb, 6 erməni silahlısı yaralanıb: "Hadisə Rusiya sülhməramlı komandanlığına bildirilib. Biz atəşkəsə əməl edirik və Azərbaycan tərəfini sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq”.

Telegramın erməni seqmenti isə bildirir ki, bu gecə Qarabağda baş verən atışmalar nəticəsində 6 erməni silahlısı yaralanıb. Onlardan ikisi ağır vəziyyətdədir.