Sülhməramlıların başı erməni qızları ilə kef çəkməyə qarışıb

Sülhməramlıların başı erməni qızları ilə kef çəkməyə qarışıb

15 Oktyabr 2021 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Sülhməramlıların başı erməni qızları ilə kef çəkməyə qarışıb: Ermənilər sülhməramlıları yedirdib-içirdirlər, sonra da təxribatlara əl atırlar“

"Ermənilər təxribatlarla guya bizi qorxutmağa çalışırlar. Adekvat cavab alacaqlar”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Aqil Abbas Azərbaycan Ordusunun əsgərinin şəhid olmasına münasibət bildirərkən Yenisabah.az-a deyib. Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə əkin-biçin işləri aparılır, mülki vətəndaşlar da bu cür təxribatlarla üzləşə bilərlər.

“Əsas problem sülhməramlılarla bağlıdır. Onların üzərinə çox böyük məsuliyyət düşür. 10 noyabr bəyanatında da qeyd edildiyi kimi sülhməramlılar keçmiş Qarabağ ərazisindəki silahlıları həmin ərazilərdən çıxarmalıdırlar. Artıq bir il keçib onlar hələ də bu işi görmürlər, vəzifələrini yerinə yetirmirlər. Başları qarışıb ermənilərə ev tikməyə və erməni qızları ilə kef çəkməyə. Ermənilər sülhməramlıları yedirdib-içirdirlər, sonra da təxribatlara əl atırlar.

Təxribatlar davam edərsə, çox ağır cavab alacaqlar. Sülhməramlılar da vəzifələrini yerinə yetirə bilmədikləri üçün deyəcəyik ki, “Sizə yaxşı yol, vəzifənizi yerinə yetirmirsiniz və ya yetirmək istəmirsiniz”.

Adekvat cavabdan sonra, hər şey yaxşı olacaq”.