“İran Ermənistanla əlbir olaraq 30 ildir Cəbrayıl üzərindən Avropaya narkotik daşıyırdı...”

“İran Ermənistanla əlbir olaraq 30 ildir Cəbrayıl üzərindən Avropaya narkotik daşıyırdı...”

15 Oktyabr 2021 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı işğal edilmiş ərazilər vasitəsi ilə narkotik daşınması məsələsinə toxunub.

İlham Əliyev İranın 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanla əlbir olaraq Azərbaycanın Cəbrayıl rayonu üzərindən Avropaya narkotik daşınması ilə məşğul olduğunu bəyan edib.

"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib",-dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi.

"Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - İlham Əliyev bildirib.