Ermənistan vətəndaşı Azərbaycan yol polisinə cərimə ödəməli olacaq

Ermənistan vətəndaşı Azərbaycan yol polisinə cərimə ödəməli olacaq

18 Oktyabr 2021 21:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Syunik rayonunda (qərbi Zangezur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunetsi adlı sakini, yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.

Oxuməni.az xəbər verir ki, bu barədə Yerevan.Today məlumat yayıb.

Yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. "Vorotana getdim, məni türk (azərbaycanlı, -red) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənir.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisində Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər: “Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda, onların avtomobilləri Gorus-Vorotan magistral yolunda müsadirə olunaraq, cərimə dayanacaqlarına aparılacaq ”