Türk dronlarının “patriarxı” dünyadan köçüb

Türk dronlarının “patriarxı” dünyadan köçüb

19 Oktyabr 2021 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda Türkiyənin «Baykar» müdafiə şirkətinin sədri Özdəmir Bayraktar vəfat edib.

Döyüş pilotsuz uçan aparatlarının (PUA) proqramlarının əsasını qoyan patriarx ömrünün 72-ci ilində dünyadan köçüb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə «Anadolu» dövlət informasiya agentliyinin yaydığı məlumatda deyilir.

Baykarın hazırladığı ilk pilotsuz uçan aparatlar Türkiyə SQ tərəfindən hələ 2005-2009-cu illərdə ölkənin cənub-şərqindəki əməliyyatların gedişində hərəkətə gətirilib.

«Anadolu» agentliyinin qeyd etdiyi kimi, Bayraktarın hazırladığı son PUA-lar «Bayraktar TB2» və «AKINÇI» nümunələri olub.

Xatırladaq ki, Türkiyə hakimiyyətinin təsdiqlədiyinə görə, PUA istehsalı üzrə ölkə dünyada 4-cü olub. Özdəmir Bayraktar Selcuk Bayraktarın atasıdır, Səlcuk isə Prezident Ərdoğanın kürəkəni və “Baykar”ın sahibidir.

ALLAH RƏHMƏT ELƏSİN!