Quba və Qusar rayonlarına ilk qar yağıb

Quba və Qusar rayonlarına ilk qar yağıb

26 Oktyabr 2021 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Quba və Qusar rayonlarına ilk qar yağıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Eyni zamanda bölgənin Xaçmaz və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.