"Omikron" sərhədimizə çatdı - Rusiyada ilk yoluxma

"Omikron" sərhədimizə çatdı - Rusiyada ilk yoluxma

6 Dekabr 2021 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika Respublikasından gələn rusiyalı sərnişinlərdə koronavirusun Omikron ştammı aşkarlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.

“Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun apardığı tam genom ardıcıllıq nəticəsində observatorda qaldığı ilk gündə əldə edilən müsbət PCR testi olan iki xəstədə omikron ştammı təsdiqlənib”, - deyə idarədən bildirilib.

Qeyd edilir ki, ümumilikdə Cənubi Afrikadan uçan on nəfərdə COVID-19 aşkar edilib. Ştammlar hələ müəyyən edilir.

Koronavirusun yeni B.1.1.529 variantı noyabrın 20-də Botsvana və Cənubi Afrika Respublikasında aşkar edilib. Onun tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var.