Kosmosda gözlənilməz təhlükə: “SpaceX”in “Falcon 9” raketi yaxın həftələrdə Ayla toqquşacaq

Kosmosda gözlənilməz təhlükə: “SpaceX”in “Falcon 9” raketi yaxın həftələrdə Ayla toqquşacaq

27 Yanvar 2022 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

Kosmosda idarəetməni itirən “SpaceX”in “Falcon 9” raketi yaxın həftələrdə Ayla toqquşacaq. Elm adamlarının proqnozuna görə, martın 4-də baş verəcək toqquşmanı Yerdən görmək mümkün olmayacaq.

Oxuməni.az xəbər verir ki, “Falcon 9” raketi ilk dəfə 2015-ci ilin fevralında Florida ştatından bir milyon mil məsafəyə kosmik hava peyki göndərmək üçün planetlərarası missiyanın bir hissəsi olaraq buraxılıb.

Meteoroloq Erik Berqer “Ars Technica”da dərc olunan son məqaləsində bildirib ki, raketin nə Yerə qayıtmaq üçün kifayət qədər yanacağı, nə də Yer-Ay sisteminin cazibə qüvvəsindən yayınmaq üçün enerjisi qalıb. Beləliklə, raket 2015-ci ilin fevralından bu yana bir qədər xaotik trayektoriyaya keçib.

Kosmik müşahidəçilər hesab edirlər ki, bir neçə həftə ərzində nəzarətdən çıxmış raketin yolu Ayla kəsişəcək.

Kosmos mütəxəssisi Bill Qrey “Falcon 9”un böyük ehtimalla martın 4-də Ayın uzaq tərəfinə düşəcəyini söyləyib. Günəş işığının raketə itələyici təsiri və fırlanma dövrlərinin ölçülməsində qeyri-müəyyənlik səbəbindən raketin çırpılacağı dəqiq nöqtə qeyri-müəyyən olaraq qalır.

Qrey deyib ki, toqquşmanı çox güman ki, Yerdən görmək mümkün olmayacaq. Eyni zamanda, bu olayın Yerə mənfi təsirinin olmayacağını qeyd edib.