Sülhməramlılardan növbəti rüsvayçılıq: “Qisas”dan sonra ermənilərlə birlikdə “keşik çəkməyə” başladılar?

Sülhməramlılardan növbəti rüsvayçılıq: “Qisas”dan sonra ermənilərlə birlikdə “keşik çəkməyə” başladılar?

4 Avqust 2022 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağda - Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə sözügedən kontingentlə bağlı daha bir qalmaqallı informasiya yayılıb.

Belə ki, ötən gün Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin daha çox qeydinə qalmağa başlayıblar. Məlumata görə, sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə “keşik çəkməyə” qərar verib. Bu cür “tədbirlər”in bölgədə “gərginliyi azaltmağa” xidmət etdiyi vurğulanıb. Oxu.az