Ruslar Zabuxa nəzarəti gücləndirdi - Təxribatçıdan iddia

Ruslar Zabuxa nəzarəti gücləndirdi - Təxribatçıdan iddia

10 Avqust 2022 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər Laçın rayonunun Zabux kəndindən burada 30 ildir qanunsuz məskunlaşmış hayların çıxarılmasının qarşısını almaq üçün "müqavimət" hərəkatı yaratmağa cəhd edən Ermənistan Demokratik Birlik partiyasının sədri Suren Petrosyan dünən axşam saatlarında kənddən yeni video-çağırış yayımlayıb.

Oxuməni.az xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.

Əyanilik üçün hay partiya rəhbərinin çıxışının əsas hissəsinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

"Artsaxın Ağavno(Zabux-S.L.) kəndinin sakinləri kəndi tərk etmirlər, kənddə talan yoxdur. Dünən və bu gün Ağavnonun tərk edildiyi və qarət edildiyi barədə çoxlu yanlış məlumatlar yayıldı. Bütün məsuliyyətimlə bildirirəm ki, bu günə kimi Ağavnodan bir dənə də olsun ailə çıxmayıb. Heç bir quldurluq və talan yoxdur”.

Petrosyan rus sülhməramlılarının mövqelərini tərk etməsi ilə bağlı məlumatları da təkzib edib: “Daha çoxunu deyəcəyəm; Rusiya sülhməramlıları nəinki mövqelərini tərk etməyiblər, hətta Ağavno ətrafında nəzarəti bir neçə dəfə artırıblar”.

O, həmçinin bildirib ki, guya ona çoxlu telefon zəngləri və məktublar gəlir ki, onlarda ermənilər Zabuxdakı soydaşlarını dəstəkləməyə hazır olduqlarını bildirirlər. S.Petrosyan onu da qeyd edib ki, onların kəndi tərk etməmək qərarı emosional deyil, tamamilə rasionaldır.

“Bir daha Ağavno və Berdzoru(Laçın-S.L.) xilas etmək istəyənlərdən xahiş edirəm: gəlib bu insanlara dəstək olun”- deyə üzdəniraq Ermənistan "qəhrəmanı" çağırış edib.