Sabah Bakıda - 35, rayonlarda - 37 dərəcə isti olacaq

Sabah Bakıda - 35, rayonlarda - 37 dərəcə isti olacaq

10 Avqust 2022 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Hidrometeorologiya Xidməti avqustun 11-nə gözlənilən hava şəraitini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.