İlham Əliyev Rusiyadan təcili qayıdır
Azərbaycan prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə əlaqədar MDB sammitindən Rusiyadan Bakıya qayıdır, “RİA Novosti”-yə mənbə bildirib.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin AZAL təyyarəsinin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub, Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub”, - deyə idarənin açıqlamasında bildirilir.
Oxuməni.az
Digər xəbərlər