Parisdə 2 həftəlik aksiya başladı - Video

Parisdə 2 həftəlik aksiya başladı - Video

8 Oktyabr 2019 01:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Extinction Rebellion” ekoloji hərəkatının yüzlərlə tərəfdaşı iqlimin qorunması məqsədi ilə Parisin mərkəzində Şatle meydanında və ona bitişik "Pont au Change" körpüsündə aksiya keçirir.

Oxumeni.az xəbər verir ki, polis aksiyanın keçirilməsinə mane olmur. Saman, bir-birinə mıxlanmış taxtalar, plastiklə dolu balıq torları – bütün bunları körpüdə görmək olar.

Fəallar, həmçinin, üzərində “Dəniz ölür” yazısı əks olunan yelkənli mavi qayığın üstünə də çıxıb. Onlar ara-sıra “Oyanın” deyərək qışqırır. Ötüb keçən turistlər aksiya iştirakçılarından etirazın hansı səbəbdən keçirdikləri ilə maraqlanır.

İştirakçılardan biri bildirib ki, etiraz aksiyası dinc xarakterlidir və iki həftə davam edəcək.

Oxumeni.az