“Bakı Metropoliteni” yaxın 3 ildə 12 yeni qatar alacaq

“Bakı Metropoliteni” yaxın 3 ildə 12 yeni qatar alacaq

8 Noyabr 2019 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın 3 il ərzində “Bakı Metropoliteni” QSC proporsional olaraq hər il 4 qatar alacaq.

Oxumeni.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib

Onun sözlərinə görə, bu illər ərzində ömrünü başa vuran vaqonların istismardan çıxarılması ilə bağlıdır.

“Gələn ilin fevral ayında birinci qatar Bakıya gətiriləcək”, – deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-dən alınır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)