Alman tarixi üçün taleyüklü hadisə - Video

Alman tarixi üçün taleyüklü hadisə - Video

9 Noyabr 2019 20:00
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Berlin divarının düşməsinin 30 illiyini qeyd edir. Berlində bir sıra təntənəli tədbirlər keçirildi. Bu tədbirlərdə Frank-Valter Ştaynmayer, kansler Angela Merkel, həmçinin Vişeqrad qrupu ölkələrinin liderləri - Polşa, Macarıstan, Slovakiya və Çexiya iştirak ediblər.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, "Berlin divarı" mərasimdə qonaqlar qarşısında çıxış edən Merkel noyabrın 9 - da alman tarixi üçün taleyüklü hadisə olduğunu bildirdi. Almaniya həmin gün 1938-ci ildə yəhudi qurbanlarının xatirəsini yad edir.
"9 noyabr, tariximizin dəhşətli və xoşbəxt anları xüsusi bir şəkildə kəsişdiyi zaman, bizə nifrətə, irqçiliyə və antisemitizmə qarşı qətiyyətlə müqavimət göstərməyi öyrədir. Bu gün bizə azadlıq və demokratiyanın, insan ləyaqətinin və qanunun aliliyinin qorunması üçün əlimizdən gələni etməyə öyrədir", - deyə Merkel bildirib.

"Berlin divarı"nın süqutunun 30 illik yubileyi ilə əlaqədar bayram şənlikləri noyabrın 4-də başlayıb və bazar günü başa çatacaq. Təkcə paytaxtda 200-ə yaxın tədbir planlaşdırılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)