İstilik tariflərinin artırılması ilə bağlı RƏSMİ - Hazırda hesablamalar aparılır

İstilik tariflərinin artırılması ilə bağlı RƏSMİ - Hazırda hesablamalar aparılır

14 Noyabr 2019 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

Oxumeni.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır: "Məncə, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Qurum rəsmisi, həmçinin tariflərin artırılması ilə bağlı məsələyə də münasibət bildirib:

"Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək. Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)