Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - Video

Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - Video

14 Noyabr 2019 14:06
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Baş Naziri Dmitri Medvedev Sannikovun Altay kəndinə səfəri çərçivəsində gözlənilməz hadisə ilə üzləşib.

Oxumeni.az-ın verdiyi xəbərə görə, Altay kəndindən olan təqaüdçü Tatyana Kadukina Medvedevin qarşısında diz çökərək ondan yaşadığı mənzilin binasına isti suyun verilməsi ilə bağlı problemi həll etməsini xahiş edib.

O, evinin yaxınlığında yeni bir qaz qazanının (kombi) olmasına baxmayaraq, yaşadığı mənzildə 2016-cı ildən bəri isti su olmadığını deyib. Təqaüdçüün sözlərinə görə, onun qubernatorun qəbuluna düşməsinə şərait yaratmırlar və o, “məhkəmələrə getməkdən yorulub”.

Görüşdən sonra Medvedev sosial şəbəkədə paylaşım edərək Sannikovo kəndindəki evlər üçün isti su problemini həll etmək üçün ən qısa müddətdə pul ayırmağı əmr etdiyini yazıb.

Yerli səlahiyyətlilər bölgənin dotasiya büdcəsinə daxil olmayan qazanxanaların təmiri üçün təxminən 20 milyon rubl (528 min AZN) lazım olduğunu açıqlayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)