Almaniya yenidən öz qapılarını miqrantların üzünə açır

Almaniya yenidən öz qapılarını miqrantların üzünə açır

21 Noyabr 2019 16:41
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo noyabrın 20-də almaniyalı həmkarı Hayko Maasla görüşünün yekunlarına əsasən, qayıq və yelkənli gəmilərdə Apennin sahillərinə yan alan miqrantların yerləşdirilməsinə ölkəsinin dəstək göstərməyə hazır olduğunu bildirib. Oxumeni.az xəbər verir ki, italiyalı qonaq yardım çağırışına həmişə ilk reaksiya verən ölkə kimi Almaniyanı tərifləyib. O, Berlində birgə brifinqdə deyib: “Başqa ölkələr Almaniyadan nümunə götürməlidirlər. Ümidvarıq ki, onlar da qanunsuz miqrasiya probleminin həllində həmrəylik nümayiş etdirəcəklər”.

AFR xarici siyasət idarəsinin başçısı Hayko Maas bildirib ki, Avropa ölkələri miqrasiya məsələlərinin həllində həmrəylik əsasında və məsuliyyətin bərabər bölüşdürülməsi prinsipinə əsaslanaraq vahid mexanizm işləyib hazırlamalıdırlar. “Zərbəni birinci qəbul edən İtaliya kimi dövlətlərlə həmrəylik nümayiş etdirilməlidir”, - deyən nazir qeyd edib ki, Roma çox vaxt çətinliklərin öhdəsindən təkbaşına gəlməli olur.

Bununla belə, almaniyalı nazir ölkəsinin dənizdə xilas ediləndən sonra İtaliyada yerləşən qeyri-leqalların dörddəbir hissəsini qəbul etməyə hazır olduğunu bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)