Dövlət Komitəsinin sədri: Erkən nikahların sayı azalıb

Dövlət Komitəsinin sədri: Erkən nikahların sayı azalıb

22 Noyabr 2019 14:15
Bəyəndim (1) Bəyənmədim (0)

18 yaşadək nikaha girən qızların sayında ən yüksək artım 2011-ci ildə qeydə alınıb.

Oxumeni.az-ın məlumatına görə, bunu YAP-ın İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Sədr qeyd edib ki, həmin dövrdə erkən ailə quran qızların sayı 5138 olub:

“2018-ci ildə isə bu rəqəm 338 olub. Eyni zamanda, 2012-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392, 2018-ci ildə bu 2129 olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)