İranda kütləvi yürüş keçirilir

İranda kütləvi yürüş keçirilir

25 Noyabr 2019 17:04
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Tehranda dövləti dəstəkləmək məqsədi ilə kütləvi yürüş keçirilir.

Oxumeni.az xəbər verir ki, yürüşdə İran parlamentinin üzvləri, tələbələr, dövlət və özəl şirkətlərdə çalışanlar iştirak edirlər. Yürüşdə “Amerika əlini İrandan çək”, “Birliyimiz düşmənlərə cavabdır” kimi şüarlar səsləndirilir.

İran İslam Şurası Məclisinin (parlament) deputatı Seyid Cavad Hüseyni jurnalistlərə bildirib ki, İran xalqı təxribatlara uyaraq dövlətə qarşı heç bir hərəkət etməz. Noyabrın 16-da baş verənlər açıq-aydın şəkildə göstərdi ki, təxribat ilə İranda ictimai-siyasi sabitliyi pozmaq mümkün deyil. İran xalqı dövləti və rəhbəri ilə birlikdədir. Onun sözlərinə görə İranın gücü qarşısında aciz qalan düşmən xalqı parçalamaq istəyir. Lakin İran xalqını parçalamaq olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)