Ukraynaya 1 tonadək heroin keçirmək istədi, Astarada tutuldu - Fotolar

Ukraynaya 1 tonadək heroin keçirmək istədi, Astarada tutuldu - Fotolar

1 Dekabr 2019 00:00
Bəyəndim (0) Bəyənmədim (0)

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya “Volvo” markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Oxumeni.az xəbər verir ki, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İranın “Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukraynada fəaliyyət göstərən “Bayramlar LTD” şirkətinə “kivi və nar” meyvə yükü apardığı məlum olub.

Yükə baxış keçirən gömrükçülər Azərbaycan vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən “örtücü mal” kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə-heroin olduğu müəyyən edilib.

Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kq heroinin Ukraynaya daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az