Küçə itləri məktəbli uşağa hücum etdi + Video

Küçə itləri məktəbli uşağa hücum etdi + Video

4 Dekabr 2019 12:55
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Kamçatka diyarının Vilyuçin şəhərində küçə itləri 11 yaşlı məktəbli uşağa hücum edib. Baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan görünür ki, uşaq itlərdən qaçmağa cəhd etsə də, onlar qızı yerə yıxırlar. Uşağı yoldan keçənlər xilas edib.

Zərərçəkənin anası uşağın əynində papaqlı qalın gödəkçə olduğu üçün ciddi xəsarət almadığını bildirib.

Qeyd edək ki, hadisədən sonra yerli ovçular küçə itlərindən bəzilərini güllələyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)