Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

11 Dekabr 2019 11:05
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 11-də Yaponiya sahillərində, paytaxt Tokiodan təqribən 580 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ olub.

Oxumeni.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla gecə saat 3:05 dəqiqədə qeydə alınan yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az