Budapeştdə havanın çirklənmə səviyyəsi normadan çoxdur + Video

Budapeştdə havanın çirklənmə səviyyəsi normadan çoxdur + Video

15 Yanvar 2020 11:59
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, artıq beşinci gündür ki, Budapeştdə havanın çirklənmə səviyyəsi normadan çoxdur. Sinoptiklərin məlumatına görə, yaxın üç gündə küləyin olmaması səbəbindən vəziyyət yaxşı olmayacaq.

Problem son dərəcə kəskindir – hər il havanın çirklənməsinə səbəb olan müxtəlif xəstəliklər üzündən ölkədə 10 000 nəfərə yaxın insan dünyasını dəyişir.

Budapeştin meri avtomobilçiləri ictimai nəqliyyatdan istifadə etməyə çağırırlar. Xəstələr, uşaqlar və qocalar nəqliyyat yollarından uzaq durmağı və imkan daxilində küçəyə çıxmamağı məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)