İtaliyanın ən böyük şəhərlərində havanın həddən artıq çirkli olması faktı təsdiqlənib

İtaliyanın ən böyük şəhərlərində havanın həddən artıq çirkli olması faktı təsdiqlənib

15 Yanvar 2020 14:25
Bəyəndim (2) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, ilin əvvəlindən başlayaraq ölkə üzrə hava çirklənməsi dərəcəsi indiyədək olmuş maksimal həddə çatıb. Belə ki, Roma, Milan, Turin və Bolonya kimi şəhərlərdə nəqliyyat vasitələrindən çıxan zəhərli qazların havadakı miqdarı normadan dəfələrlə çoxdur. Bu zəhərli qazların tərkibi kükürd dioksidi, azot dioksidi, benzol, monooksid karbon, Pm 10 kimi maddələri ehtiva edir.

Məhz bu səbəbdən adıçəkilən şəhərlər, habelə Florensiya və Neapolda köhnə istehsallı və ya dizel yanacağı ilə çalışan nəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlər sərtləşdirilib. Məsələn, Romada yanvarın 14-dən etibarən dizel yanacağı ilə çalışan bütün modellərə qadağa qoyulub və yanvarın 15-dən sonra belə maşınların şəhərə gətirilməsi mümkün olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az