Daşqınlar nəticəsində azı 93 nəfər həyatını itirib

Daşqınlar nəticəsində azı 93 nəfər həyatını itirib

15 Yanvar 2020 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda yağışlar, qar uçqunları və daşqınlar nəticəsində azı 93 nəfər həyatını itirib, 53 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Oxumeni.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ən çox itki Azad Kəşmirdə qeydə alınıb. Orada ölənlərin sayı - 66 nəfər, Bəlucistanda 20, Pəncab əyalətində isə azı yeddi nəfər ölüb, çoxlu yaralının olduğu haqda məlumatlar verilir.

Son bir neçə gündə yağış, qar uçqunları və daşqınlar Bəlucistan, Azad Kəşmir, Sind və Pəncab əyalətlərinə daha çox zərər vurub.

Sinoptiklər belə hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az