2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq

16 Yanvar 2020 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.

Oxumeni.az xəbər verir ki, bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında çıxışında bildirib.

Səadət Yusifova ölkəmizdə Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatların həyata keçirildiyini deyib. Qeyd edib ki, həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən xeyli fərqlənir. İslahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.

Seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran Səadət Yusifova seçkilər dövründə medianın üzərinə böyük yük düşdüyünü bildirib. O əlavə edib ki, media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az