İranlılar ABŞ-ın yeni sanksiyalarından qorxmurlar + Video

İranlılar ABŞ-ın yeni sanksiyalarından qorxmurlar + Video

16 Yanvar 2020 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

General Kasım Süleymaninin qətlinə cavab olaraq, İran iki Amerika hərbi bazasına raket zərbəsi endirdikdən sonra ABŞ Maliyyə Nazirliyi İranın alüminium, poladtökmə və misəritmə şirkətlərini sanksiya siyahısına daxil edib.

Bu sanksiyalar 2018-ci ilin mayında Vaşinqtonun İrana qarşı elan etdiyi maksimal təzyiq kampaniyasının bir hissəsinə çevrilib.

Son iki il ərzində ölkəmizə iqtisadi təzyiqlər güclənib. Onlar istəyirlər ki, biz təslim olaq.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Vaşinqton İran metallurgiya sənayesini pozmağa çalışır.

Amerikalılar nə üçün İranın metallurgiya sahəsini seçiblər. Çünki son 20 ay ərzində orada istehsalın artımı, ilk növbədə, ixracın artımı müşahidə olunurdu.

İran artıq bir neçə ildir ki, Amerikanın sanksiyaları ilə yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)