Müdafiə Nazirliyi cərimələnib

Müdafiə Nazirliyi cərimələnib

17 Yanvar 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyi İnzibati Xətalar Məcəlləsinin (İXM) 3 maddəsi ilə ittiham olunaraq cərimələnib.

Oxumeni.az-ın verdiyi xəbərə görə, bununla bağlı Xəzər rayon məhkəməsi 3 qərar çıxarıb.

Belə ki, Müdafiə Nazirliyi İXM-nin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) və 496.1-ci (gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddələri təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərarı ilə 53620,38 manat cərimə edilib.

Nazirlik eyni ittihamlarla noyabrın 29-da da 38611,08 manat cərimə edilib. Bundan başqa, MN İXM-nin 4304-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) 3825 AZN cərimələnib.

Nazirlik hər 3 qərardan apelyasiya şikayəti verilib. Hazırda şikayətləri Bakı Apellyasiya Məhkəməsinin müxtəlif hakimləri tərəfindən baxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az