İraqda vəziyyət yenə də gərginləşib

İraqda vəziyyət yenə də gərginləşib

18 Yanvar 2020 16:00
Bəyəndim (1) Bəyənmədim (0)

İraqda yenidən gərginlik yaranıb. Paytaxt Bağdad daxil olmaqla bir sıra şəhərlərdə kütləvi etirazlar davam edir.

Oxumeni.az xəbər verir ki, etirazçılar ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb edirlər. Bağdadda polis etirazçılara atəş açıb və 2 nəfər yerindəcə həlak olub. Daha bir nəfər xəstəxanada ölüb. Ümumilikdə qarşıdurmada 25 nəfər xəsarət alıb.

Artıq 2 aya yaxındır ki, İraqda qeyri-sabit vəziyyət davam edir. Etirazçılar ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb etsələr də, hökumət konkret addımlar atmağa tələsmir. Etirazlara münasibət bildirən ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ hərbçiləri İraqdan çıxmayacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında İraq parlamenti başqa dövlətlərə məxsus hərbi hissələrin İraqdan çıxarılması haqqında qanun qəbul edib. Bundan sonra rəsmi Vaşinqton İraqın ABŞ banklarındakı aktivlərini dondurmaq və maliyyə yardımlarını dayandırmaqla hədələyib. Bu hədələrdən sonra İraqda vəziyyət daha da gərginləşib. Hazırda İraq və ABŞ arasında danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az