Nikol Paşinyan: Ermənilərin düşüncə tərzində problemlər var

Nikol Paşinyan: Ermənilərin düşüncə tərzində problemlər var

21 Yanvar 2020 12:20
Bəyəndim (0) Bəyənmədim (11)

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Axar.az İrəvanın “Politik.am” saytına istinadən bildirib.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib.

O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”.

Oxuməni.az