"Bəzi namizədlər  çalışır ki, biz onları qeydə ala bilməyək”

"Bəzi namizədlər çalışır ki, biz onları qeydə ala bilməyək”

21 Yanvar 2020 17:07
Bəyəndim (0) Bəyənmədim (10)

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində bəzi namizədlər çalışır ki, biz onları qeydə ala bilməyək".

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

“Bu addım nəyəsə xidmət edir. Mərkəzi Seçki Komissiyası bütün namizədlərin qeydə alınmasında maraqlıdır. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir mən bilmirəm” - MSK sədri əlavə edib.

Oxuməni.az