Putin Çaykaya yeni vəzifə verdi

Putin Çaykaya yeni vəzifə verdi

22 Yanvar 2020 15:19
Bəyəndim (0) Bəyənmədim (4)

Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanı Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi təyin edib. Oxuməni.az-ın xəbərinə görə, bu barədə rəsmi Kreml məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “k” bəndinə uyğun olaraq, öz fərmanı ilə Yuri Yakovleviç Çaykanı Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin etdi. Fərman imzalandığı gündən qüvvəyə minir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib.

Oxuməni.az