Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılır

Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılır

24 Yanvar 2020 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana qarşı iki cinayət işi açılıb.

Bu gün Ermənistanın Xüsusi İstintaq Xidmətinin əməkdaşları H.Tovmasyanın evində axtarış aparır.

Bu barədə məlumatı “Sputnik Ermənistan”ın müxbirinə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqancanyan verib.

“Xüsusi İstintaq Xidməti tərəfindən cinayət işinin araşdırılması çərçivəsində müstəntiqlər H.Tovmasyanın evində axtarış aparırlar”, - deyə qurumun mətbuat katibi söyləyib.

Qeyd edək ki, H.Tovmasyan Ermənistanda baş verən çevrilişdən sonra hakimiyyətdə qalan keçmiş hakim Ermənistan Respublikaçılar Partiyasının son yüksək vəzifəli nümayəndəsidir.

Oxuməni.az