Filippin Çinin Uhan şəhərindən gəlmiş turistləri geri qaytarır
Filippin yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Çinin Uhan şəhərindən gəlmiş 460-dan çox turistin geri qaytarılması barədə qərar qəbul edib.
Oxuməni.az xəbər verir ki, yanvarın 23-dən başlayaraq Uhan şəhərindən bu ölkəyə təyyarə reysləri ləğv edilib. Uhan şəhərindən 464 turistin Kalibo beynəlxalq aeroportuna yanvarın 23-də gəldiyi bildirilir. Həmin turistlərin Filippinin Borakay adasında və digər kurort şəhərlərində olduğu qeyd edilir. Bu turistlərdən 314-nün artıq Uhan şəhərinə qaytarıldığı, qalanlarının isə yanvarın 27-də yola salınacağı bildirilir.
Turistlərdən heç birində yeni koronavirusun simptomları – öskürək və titrətmə qeydə alınmasa da onların geri qaytarılması düzgün hesab edilir. Belə ki, yeni virusun inkubasiya dövrü dəqiq məlum deyil.
Oxuməni.az