Boris Conson: Növbəti cümə Birləşmiş Krallıq tarixində mühüm bir gün olacaq

Boris Conson: Növbəti cümə Birləşmiş Krallıq tarixində mühüm bir gün olacaq

27 Yanvar 2020 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Baş Naziri Boris Conson növbəti cümənin (31 yanvar) Birləşmiş Krallıq tarixində mühüm bir gün olacağını söyləyib.

Oxuməni.az xəbər verir ki, o, “Brexit”dən sonra Britaniyanın qlobal, iz qoyan bir ölkə olacağını və inamla irəliyə baxacağını bildirib.

Yanvarın 31-də axşam hökumət binaları qırmızı, ağ və mavi rənglərə bürünəcək.

Britaniyanın Avropa İttifaqını tərk etməsindən bir gün sonra hökumətin yeni "Ticarətə hazır" kampaniyası başlayacaq.

Oxuməni.az