Tehranı "Azərbaycan-Türkiyə" şüarları bürüdü + Video

Tehranı "Azərbaycan-Türkiyə" şüarları bürüdü + Video

27 Yanvar 2020 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traktor” komandaları arasında görüşdə Türkiyəyə dəstək mesajları səsləndirilib.

Oxuməni.az xəbər verir ki, “Traktor” tərəfdarları görüş zamanı “Azərbaycan var olsun – Türkiyə, başın sağolsun” şüarı səsləndirərək, cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı veriblər.

Qeyd edək ki, gərgin keçən görüş rəqibin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxuməni.az