Gürcüstanda istefalar davam edir

Gürcüstanda istefalar davam edir

28 Yanvar 2020 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoriya istefa verib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, o, bu barədə “Post TV” teleşirkətinin efirində açıqlamasında deyib.

İzoriya bildirib ki, artıq istefa ərizəsi ilə Gürcüstan Baş Nazirinə müraciət edib.

Levan İzoriyanın sözlərinə görə, hələ ötən ilin dekabrında onun Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində işləməyə davam edəcəyi qərara alınıb və yanvar ayının sonlarında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən istefa məktubu yazmağı planlaşdırılıb.

Xatırladaq ki, Təhlükəsizlik Şurası və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra etməzdən əvvəl Levan İzoriya Gürcüstanın Müdafiə naziri olub.

Oxuməni.az