Yeni Zelandiyada ümumi seçkilər sentyabrın 19-na təyin olunub

Yeni Zelandiyada ümumi seçkilər sentyabrın 19-na təyin olunub

28 Yanvar 2020 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyada növbəti parlament seçkiləri bu il sentyabrın 19-da keçiriləcək.

Oxuməni.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern yanvarın 28-də Vellinqtonda keçirilən mətbuat konfransı zamanı bəyan edib.

Ötən üç ildə hökumətin böyük uğurlar əldə etdiyini vurğulayan C.Ardern növbəti üç ildə də Yeni zelandiyalıların etimadını qazanacağına inandığını bildirib.

Yeni Zelandiya qanunvericiliyinə əsasən, bu ölkədə seçkilər üç ildən bir keçirilir və onun vaxtının təyin edilməsi Baş Nazirin səlahiyyətlərinə daxildir. Qanunvericiliyə görə, cari ildə seçkilər noyabrın 23-dən gec olmayaraq təşkil edilməlidir.

Xatırladaq ki, Yeni Zelandiyada C.Ardernin lideri olduğu Leyboristlər Partiyasının rəhbərlik etdiyi koalisiya hökuməti 2017-ci il oktyabrın 26-da Vellinqtonda Baş Nazirin və nazirlərin iştirakı ilə keçirilən andiçmə mərasimindən sonra fəaliyyətə başlayıb.

2017-ci il sentyabrın 23-də keçirilmiş parlament seçkilərindən sonra leyboristlər “Birinci olaraq Yeni Zelandiya” və “Yaşıllar” Partiyası ilə birlikdə milli parlamentdəki 120 yerdən 63-nü qazanaraq hakimiyyətə qayıdıb. Buna qədər doqquz il hakimiyyətdə olmuş Milli Partiya isə müxalifətə keçib.

Oxuməni.az