ABŞ-ın ədliyyə naziri Trampa görə istefa verir

ABŞ-ın ədliyyə naziri Trampa görə istefa verir

19 Fevral 2020 11:40
Bəyəndim (1) Bəyənmədim (2)

ABŞ-ın ədliyyə naziri və baş prokuroru Uilyam Barr ölkə lideri Donald Trampın “Twitter”də Ədliyyə Nazirliyinə aid paylaşımlarına görə istefa məsələsini nəzərdən keçirir.

Oxuməni.az-ın məlumatına görə, bu barədə nazirin ətrafındakı mənbələrə istinadən "The Washington Post" qəzeti bildirib.

Məlumata görə, Barr Trampın yaxınları ilə danışıq zamanı vurğulayıb ki, Ədliyyə Nazirliyinin araşdırmaları haqqında son tvitlərə görə istefa imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında güman edirlər ki, Barr Ağ Ev başçısının nazirliyin cari cinayət araşdırmalarını açıq qiymətləndirməsini qurtarmaq zərurətini anlayacağına ümid edir. "Onun öz sərhədləri var", - nəşrin mənbəyi qeyd edib.

Çərşənbə axşamı Tramp “Twitter” paylaşımlarının Barrın işini çətinləşdirməsi ilə razılaşıb. Bu halda ABŞ prezidenti yenidən vurğulayıb ki, o nazirə tam etibar edir.

Oxuməni.az