Ukrayna Ali Radası tərəfindən “erməni soyqırımı” layihəsi rədd edildi

Ukrayna Ali Radası tərəfindən “erməni soyqırımı” layihəsi rədd edildi

21 Fevral 2020 14:26
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Oxuməni.az-a verilən məlumata görə, hakim “Xalqın xidmətçi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

"Fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb", - deyə səfirliyin məlumatında qeyd olunub.

Oxuməni.az