Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya işləri aparılır

Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya işləri aparılır

23 Fevral 2020 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Oxuməni.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Bu gün də gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur.

O da bildirilir ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

Oxuməni.az