Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək

24 Fevral 2020 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sinoptiklər Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxuməni.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimal edilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Oxuməni.az