Cənubi Koreyada ABŞ hərbçisi COVİD-19-a yoluxub

Cənubi Koreyada ABŞ hərbçisi COVİD-19-a yoluxub

26 Fevral 2020 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyada ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçusunda (USFK) Covid-2019 koronavirus infeksiyası ilə yoluxma aşkar edilib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Kemp-Kerrol hərbi bazasında yerləşən ABŞ silahlı qüvvələrinin hərbi qulluqçusunun "Covid-2019"a yoluxduğu ilk hadisədir.

Daha əvvəl verilən məlumata görə Cənubi Koreyada Covid-2019 koronavirusuna yoluxanların sayı 1146 nəfərə çatıb.

Oxuməni.az