Putin Lukaşenkoya verdiyi vədi yerinə yetirir

Putin Lukaşenkoya verdiyi vədi yerinə yetirir

26 Fevral 2020 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan “çirkli neft” üçün Belarusa ödəniləcək kompensasiyanın məbləği 61 milyon dollardan çox ola bilər.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Belarusun “Belnefxim” konserninin verdiyi açıqlamada bildirilib.

“Protokola görə, bizdə Mozır Neft Emalı Zavodu tərəfindən emal edilmiş 563 min ton çirkli neft var. Kompensasiyanın miqdarı bir barel üçün 15 dollar səviyyəsində müəyyənləşdirilir. Beləliklə, Belarus 61 milyon dollardan çox kompensasiya ala bilər”, - açıqlamada qeyd edilib.

2019-cu ilin aprel ayının sonunda Rusiyadan Belarus vasitəsilə Avropaya neft tədarük edən “Dostluq” boru kəməri xloridlə çirkləndi və nasosun fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Boru kəmərinin fəaliyyəti iyulun 1-də bərpa edildi.

Belarus dəfələrlə Rusiyadan bu və magistral boru kəmərləri sisteminə çəkdiyi xərclərə görə maliyyə kompensasiyası tələblərini irəli sürüb. Bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin ona çirkli neftə görə kompensasiyanın ödənilməsi təklifini verdiyini açıqlamışdı.

Oxuməni.az