Avropa Şurasının sammiti Gürcüstandan Fransaya keçib

Avropa Şurasının sammiti Gürcüstandan Fransaya keçib

27 Fevral 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Nazirlər Komitəsinin Gürcüstanda keçirilməli olan iclası Fransada baş tutacaq.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Tədbirin Strasburqa keçirilməsi barədə qərar Zalkaliani ilə AŞ-nın rəhbərliyi arasında keçirilən görüşdən sonra qəbul edilib. Nazirin sözlərinə görə, hamı təşkilatın qaydalarına uyğun və Gürcüstanın maraqlarını nəzərə alaraq hərəkət edib. "Heç bir qüvvə ölkədə sabitliyi pozmaq və bu məsələdən müxtəlif siyasi maraqlar üzrə istifadə etmək imkanına malik olmamalıdır", - deyə o bəyan edib.

Gürcüstanlı nazir ölkəsinin zirvə görüşünü qəbul edə bilməyəcəyindən təəssüfləndiyini də bildirdi.

Bir müddət əvvəl Gürcüstan hökuməti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi təqdirdə, sammitin Tbilisidə keçirilməsindən imtina edə biləcəklərini söyləmişdi.

Oxuməni.az