Rusiya Pompeonu Krıma görə tənqid etdi

Rusiya Pompeonu Krıma görə tənqid etdi

27 Fevral 2020 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Krım parlamentinin Xalq diplomatiyası və millətlərarası münasibətlər komitəsinin rəhbəri Yuri Dampel ABŞ-ın dövlət katibi Mayk Pompeonu Krımla bağlı spekulyasiyaya son qoymağa və Rusiyanı necə yaşamağa öyrətməməyə çağırıb.
Oxuməni.az-ın Rian.ru-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl Pompeo Rusiyanı Krımın işğalını dayandırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ yarımada üzərində Rusiyanın iddialarını tanımır və heç zaman tanımayacaq.
"Pompeo artıq Krımın Rusiya statusu ilə spekulyasiyanı dayandırmalı, Rusiyanı necə yaşamağa öyrətməməli və başqa bir dövlətin daxili işlərinə müdaxilə etməməlidir. Rusiya Federasiyasının bütövlüyünə qəsd etmək deyil, siyasi düzgün və Diplomatik davranmağa başlamağın vaxtıdır", - deyə Dambel Ria Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Krım əbədi olaraq Rusiyanın tərkibinə qayıdıb, bu faktın tanınmasını nə qədər uzatsa da xeyri yoxdur.
Krım 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiya regionuna çevrilib. Krım hakimiyyəti Ukraynada dövlət çevrilişindən sonra 2014-cü ilin fevralında referendum keçirib və Rusiyay birləşib
Ukrayna əvvəlkitək Krımı özünün, lakin müvəqqəti olaraq işğal edilmiş ərazisi sayır. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə tam uyğun olaraq Rusiya ilə birləşməyə səs veriblər. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi qəti şəkildə bağlanıb və bu, danışıqlar mövzusu olmayacaq .

Oxuməni.az