"Avropadakı vəziyyəti yaxşılaşdırmaq uzun aylar tələb edəcək”

"Avropadakı vəziyyəti yaxşılaşdırmaq uzun aylar tələb edəcək”

23 Mart 2020 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa ilə sərhədlər 2 il boyunca bağlı qala bilər. Hər şey koronavirusun qitədəki yayılma göstəricisinə bağlıdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri Çexiya Operativ Qərargahının rəhbəri, epidemioloq Roman Primula deyib.

“Əgər koronavirusla mübarizə tədbirləri bir azca zəifləsə, digər Avropa ölkələrindəki mövcud xoşagəlməz tendensiya Çexiyada da özünü göstərə bilər. Avropadakı vəziyyəti yaxşılaşdırmaq uzun aylar tələb edəcək”, - deyə Primula bildirib.

Oxuməni.az